Avq 26, 2019 14:59 Asia/Baku
  • Sionist rejim öz təcavüzkar hərəkətlərinin nəticəsini qəbul etməlidir

İran dövlətinin sözçüsü sionist rejimin Suriya, Livan və İraqa təcavüzlərini pisləyərək, vurğulayıb ki, bu rejim öz təcavüzkar hərəkətlərinin nəticəsini qəbul etməlidir.

İran dövlətinin sözçüsü Əli Rəbii bu gün bir mətbuat konfransında bildirib ki, sionist rejim bölgə əhalisinin təmkinliliyindən sui-istifadə etməməlidir.

O, əlavə edib: İran/ İraq, Suriya və Livan xalqlarının qanuni müdafiə haqlarına dəstək verir.

Rəbii Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullahın sionist rejimə xəbərdarlığını təcavüzkarlara verilən qətiyyətli mesaj adlandırıb. Qeyd edib ki, sionist rejim son aylarda beynəlxalq qanunları həyasızcasına pozubdur.

İran dövlətinin sözçüsü sionist rejim pilotsuzunun İraqda Əlhəşduşşəbinin bazalarına təcavüzü haqda isə belə deyib: İran İslam Respublikası sionist rejimin təcavüzləri ilə mübarizə üçün iraqlılara əlindən gələn yardımı göstərəcək.

Rəbii həmçinin İranın "Qris 1" tankerinin vəziyyətinə toxunaraq, deyib: İran bu gəminin neftini satıb və indi neftin alıcısı və sahibinin özü yükün hara getməsi barədə qərar çıxaracaq.

İran dövlətinin sözçüsü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Fransaya səfərinə də işarə edib: Zərifin səfərinin yeddilər qrupunun sammiti ilə heç bir əlaqəsi olmayıb və Fransanın xahişi ilə həyata keçirilibdir.

Rəbii vurğulayıb: İranda amerikalı rəsmilərlə görüşə heç bir təmayul yoxdur.

Teqlər