Avq 26, 2019 16:40 Asia/Baku
  • Siyasi məşvərətlər davam edir

İran İslam Respublikasının xarici işlər naziri Fransaya səfərdə məqsədini Tehran ilə Paris arasındakı siyasi məşvərətlərin davam etməsi adlandırıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Pekin hava limanına daxil olarkən özünün dünən Fransaya olmuş səfərinin önəmini şərh edərək deyib: Bu səfər Fransa xarici işlər nazirinin dəvəti və İran ilə Fransa arasındakı siyasi məşvərətlərin davam etdirilməsi məqsədilə həyata keçirilib.

Zərif əlavə edib: Ötən cümə günü də Parisdə Fransanın prezidenti və xarici işlər naziri ilə bəzi məsələlər araşdırıldı, amma daha artıq izahata və müzakirəyə ehtiyaclı olan neft və bank məsələləri kimi bəzi hallar İran ilə Fransa arasında araşdırılmalıdır.

İranın xarici işlər naziri bildirib ki, Fransaya səfərdə Almaniya və İngiltərənin nümayəndələri ilə görüş üçün də imkan yarandı. O, ümid etdiyini bildirib ki, bu danışıqlar avropalıların nüvə anlaşması barədəki öhdəliklərinin icrası üçün təsirli olacaq və avropalılar nüvə anlaşması formasındakı öhdəliklərini yerinə yetirə bilmiş olacaqlar.

İranın xarici işlər naziri bu gün səhər tezdən Tehrandan Pekinə yola düşüb və günortadan öncə Çinə daxil olubdur.

Zərif Çindən sonra Yaponiyaya və Malayziyaya səfər edəcək.

Teqlər