İran kosmik təchizatlar ixracatına hazırdır
https://azeri.sahartv.ir/news/İran-i347366-İran_kosmik_təchizatlar_ixracatına_hazırdır
Rusiyada keçirilən hava-kosmos sərgisində iştirak etmək üçün bu ölkəyə səfər etmiş İranın müdafiə nazirinin müavini İranın öz kosmik təchizatlarını müxtəlif ölkələrə ixrac etməyə hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2019 03:53 Asia/Baku
  • İran kosmik təchizatlar ixracatına hazırdır
    İran kosmik təchizatlar ixracatına hazırdır

Rusiyada keçirilən hava-kosmos sərgisində iştirak etmək üçün bu ölkəyə səfər etmiş İranın müdafiə nazirinin müavini İranın öz kosmik təchizatlarını müxtəlif ölkələrə ixrac etməyə hazır olduğunu bildirib.

İranın müdafiə nazirinin müavini və hava-kosmos təşkilatının sədri briqada generalı Əbdulkərim Bəni Tərəfi IRNA ilə müsahibədə əlavə edib: İran Rusiya hava-kosmos sərgisində bir təlim reaktiv təyyarəsi, bir neçə yaxın və uzaq mənzilli pilotsuz nümunəsi və bir neçə təyyarə motoru nümunəsi təqdim edir.

Briqada generalı Bəni Tərəfi deyib: Bu sərgidə iştirak, təchizatların modernləşdirilməsi istiqamətində mütəxəssislər arasında əlaqənin qurulması üçün münasib bir fürsətdir.

Rusiya beynəlxalq hava-kosmos sərgisi- "Maks-2019", avqustun 27-dən sentyabrın birinədək Jukovski şəhərində keçiriləcək. Sərgidə İrandan başqa, 16 ölkə iştirak edir.