Üzdəniraq demokratiyaları müdafiə fondu İran xalqına qarşı iqtisadi terrorizmin konstruktorudur
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Üzdəniraq "demokratiyaları müdafiə" adlı amerikan fondu Amerika hökumətinin İran xalqına qarşı konstruksiya və əməliyyat qoludur.
Seyyed Əbbas Mousəvi əlavə edib ki, qanuna əsasən, İranın sanksiyalar siyahısına əlavə edilmək üçün tezliklə üzdəniraq demokratiyaları müdafiə fondu ilə həmkarlıq edən şəxslərin ilk qrupunu İranın məhkəmə hakimiyyəti daxil olmaqla əlaqədar orqanlara təqdim edəcəkdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Bu amerikan fond araşdırma mərkəzi çətiri altında Amerika hökumətinin İran xalqına qarşı düşmənçilik əməlləri və "iqtisadi terrorizm"ini gündəlik surətdə işləyib hazırlamaq və təşviq etməkdə olan bir təşkilatdır.
İran Xarici İşlər Nazirliyi Amerika hökumətinin İran xalqına qarşı iqtisadi terrorizmində iştirak etdiklərinə görə, avqusun 24-də demokratiyaları müdafiə amerikan fondunu və onun müdirini sanksiya etdi.