Musəvi: İran İngiltərə tankerinin 7 işçisini azad edəcək
https://azeri.sahartv.ir/news/İran-i347935-musəvi_İran_İngiltərə_tankerinin_7_işçisini_azad_edəcək
İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın ərazi sularında müsadirə olunmuş ingilis tankerin son durumuna işarə edərək, deyib: İran İslam Respublikası öz humanitar siyasətlərinin davamında İngiltərə tankerinin 7 işçisini azad edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2019 14:34 Asia/Baku
  • Musəvi: İran İngiltərə tankerinin 7 işçisini azad edəcək
    Musəvi: İran İngiltərə tankerinin 7 işçisini azad edəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın ərazi sularında müsadirə olunmuş ingilis tankerin son durumuna işarə edərək, deyib: İran İslam Respublikası öz humanitar siyasətlərinin davamında İngiltərə tankerinin 7 işçisini azad edəcək.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələri iyulun 19-da İranın Hormozqan vilayətinin limanlar və gəmiçilik məsələləri təşkilatının xahişi ilə "Stena İmpero" adlı bir ingilis tankeri CPS sistemini söndürdüyünə və Hörmuz boğazında neft tullantılarını boşaltdığına görə, müsadirə etdi.

Seyyed Əbbas Mousəvi İranın xəbər telekanalı ilə müsahibədə əlavə edib: İngiltərə tankeri müsadirə edilərkən onun üzvləri də həbs edildilər. Lakin lazımi araşdırmalardan sonra öz humanitar siyasətlərinə əsasən, qərara aldı ki, bu tankerin Hindistan vətəndaşı olan yeddi ekipaj üzvünü azad etsin.