General Əştəri: Polis Hüseyn Ərbəini zəvvarlarına xidmət göstərməyə hazırdır
https://azeri.sahartv.ir/news/İran-i349529-general_Əştəri_polis_hüseyn_Ərbəini_zəvvarlarına_xidmət_göstərməyə_hazırdır
İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin komandanı/ Hüseyn Ərbəini mərasimi ərəfəsində zəvvarlara xidmətin göstərilməsi istiqamətində otuz mindən çox polis qüvvəsinin hazır vəziyyətə gətirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2019 08:59 Asia/Baku
  • General Əştəri: Polis Hüseyn Ərbəini zəvvarlarına xidmət göstərməyə hazırdır

İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin komandanı/ Hüseyn Ərbəini mərasimi ərəfəsində zəvvarlara xidmətin göstərilməsi istiqamətində otuz mindən çox polis qüvvəsinin hazır vəziyyətə gətirilməsindən xəbər verib.

İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin komandanı briqada generalı pasdar Hoseyn Əştəri vurğulayıb ki, Ərbəin zəvvarlarının təhlükəsizliklərinin təmini və onların gediş-gəlişlərinin asanlaşdırılması bu tapşırıqda hüquq-mühafizə qüvvələrinin ciddi prioritetlərindəndir. O, əlavə edib: Hüquq-mühafizə qüvvələri Hüseyn Ərbəininin böyük və mənəvi konqresinin keçirilməsi istiqamətində lazımi tədbirləri nəzərdə tutub və bu tapşırıqda var gücü ilə meydana girəcək.

General Əştəri bu il Ərbəin zəvvarlarının sayının artmasının proqnoz edilməsinə işarə edərək, deyib: Hüquq-mühafizə qüvvələri keçmişdəkindən daha hazırlıqlı şəkildə Ərbəin zəvvarına xidmət göstərəcək.

1441-ci hicri qəməri ili səfər ayının 20-si, 2019-cu il oktyabrın 19-u, dünya şiələirnin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı köməkçilərinin Kərbəla düzündə şəhid olmalarının ərbəinidir. Dünyanın hər yerindən milyonlarla zəvvar bu gündə Hüseyn(ə) Ərbəini mərasimində iştirak etmək üçün İraqın cənubunda yerləşən Kərbəla şəhərinə daxil olur.

İraqlı mənbələrin rəsmi statistikalarına görə, 14 milyon nəfərə yaxın zəvvar ötən ilin Ərbəin ziyarəti yürüşündə iştirak etmişdi.