5-ci beynəlxalq Ərbəin müsabiqəsində 4 min əsər iştirak edir
İranın İslami mədəniyyət və əlaqə təşkilatının sədri deyib ki, 5-ci beynəlxalq Ərbəin müsabiqəsində 19 ölkədən 4 min əsər iştirak edir.
Əbuzər Ebrahimi Torkəman bu gün Tehranda keçirilən 5-ci beynəlxalq Ərbəin müsabiqəsinin yekun mərasimində əlavə edib: Bu dövrdə on bir ölkə qalib gəlib. Onlar mükafat alacaqlar və 6-cı beynəlxalq Ərbəin müsabiqəsinin afişası təqdim olunacaq.
Beynəlxalq Ərbəin müsabiqəsi beynəlxalq miqyasda olan bir mədəniyyət proqramıdır ki, İranın İslami mədəniyyət və əlaqə təşkilatının təşəbbüsü, Aşura mədəniyyətinin yayılması, həmçinin amalçılığın və müqavimətin misilsiz cilvəsi kimi Həzrət Seyyiduşşuhəda(ə)-a vurğunluq cilvələrinin nümayiş etdirilməsi məqsədilə keçirilir.
Bu dövrün və ondan qabaqkı dövrlərin seçilmiş əsərlərindən ibarət sərginin keçirilməsi 5-ci beynəlxalq Ərbəin müsabiqəsinin kənar tədbirlərindəndir.