Okt 02, 2019 12:10 Asia/Baku
  • General-mayor pasdar Qasem Soleymani
    General-mayor pasdar Qasem Soleymani

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Livan Müqavimətinin sionist rejimlə 33 günlük savaşının detallarını şərh edərək, deyib ki, əgər 33 günlük savaş dayandırılmasaydı, sionist rejim ordusu dağılmışdı.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-mayor pasdar Qasem Soleymani Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Yayılması Ofisi ilə dünən yayılan müsahibəsində 33 günlük müharibənin formalaşması zəminləri barədə belə deyib: Amerikanın İraqda iştirakı fürsəti, bölgədə qorxu və dəhşət hissinin yaradılması, ərəb ölkələrinin hazırlığı, bu ölkələrin sionist rejimlə həmkarlıqlarının gizli şəkildə elan olunması və sionist rejimin Hizbullahın əlindən dincəlmək istiqamətində bu fürsətdən bəhrələnmək üzrə məqsədləri bu müharibəni başlamaq istiqamətində üç gizli məqsəd olubdur.

General-mayor Qasem Soleymani həmçinin sionist rejimin Livana qarşı hücumlarından bir həftə keçəndən sonra İranın yüksək vəzifəli rəsmilərinin İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin hüzurundakı iclasını şərh edərək, deyib: İslam İnqilabının Böyük Rəhbəri bu iclasın sonunda və mənim hesabatımı dinləyəndən sonra buyurdular: Mən belə təsəvvür edirəm ki, bu müharibənin qələbəsi Həndəq savaşındakı qələbə kimi olacaqdır.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı özünün Livana qayıtmasına, həmçinin İslam İnqilabının Böyük Rəhbərinin Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullaha tövsiyələri və baxışlarını ötürməsinə işarə edərək, deyib: Bu müraciət Hizbullahın vücuduna yeni bir qan vurdu və Livanın müqavimət qüvvələri əmin oldular ki, bu müharibənin qalibidirlər.

General Soleymani Hizbullahın 33 günlük savaşdakı bəzi taktikalarını də şəhr edərək, deyib: İlkin basizi olan digər müharibələrdən fərqli olaraq, bu savaşın heç bir bazisi yox idi və onun hər bir nöqtəsi bir bazis idi.

İranın bu yüksək rütbəli hərbi rəsmisi Hizbullahın sionistlərə qarşı zərbələri barədə, müqavimətin ilk dəniz raketinin Seyyid Həsən Nəsrullahın çıxışı ilə bir zamanda sionist rejimin bir freqatına atılması və bu əməliyyatla sionist rejimin dəniz qüvvələrinin sıradan çıxarılması barədə bir xatirə söyləyib.

General Soleymani müharibənin başa çatması tərzi barədə də sionist rejimin BMT-dəki səfiri və Con Boltonun Qətərin ozamankı xarici işlər naziri ilə görüşmələri xatirəsini bəyan edərək, əlavə edib: Sionistlər özlərinin öncəki bütün şərtlərinə göz yumaraq, Hizbullah-ın şərtlərini və atəşkəsi qəbul etməyə məcbur oldular və Hizbullah üçün bu son dərəcə böyük qələbə baş verdi.

Teqlər