Okt 04, 2019 09:09 Asia/Baku
  • İran qaz OPEK-nin üzvləri arasında həmkarlığa təkid edib
    İran qaz OPEK-nin üzvləri arasında həmkarlığa təkid edib

İranın neft naziri qaz ixrac edən ölkələrin əməkdaşlığını vurğulayıb.

İranın neft naziri Bijən Namdar Zəngəne dünən qaz ixrac edən ölkələrin nazirlərinin Moskvada keçirilən 21-ci iclasında Amerikanın və bölgədəki bəzi asılı ölkələrin təxribatçı hərəkətlərini sadalayaraq, deyib: Faydasız sanksiya və gərginlikyaratma siyasəti dünya iqtisadiyyatı üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq.

Namdar Zəngəne qaz ixrac edən ölkələr assambleyasına üzv ölkələrin əsas vəzifəsini enerji sektorunun balanslaşdırılması və inkişaf yolunda qazın sabit təmini adlandırıb və belə deyib: Enerji təhlükəsizliyinin təmini, həmçinin neft və enerjinin azad şəkildə nəqliyyatı bütün ölkələrin maraqları istiqamətində olmalıdır.

Qaz ixrac edən ölkələrin nazirlərinin Moskvada keçirilən 21-ci iclası dünən öz işini başa vurub.

 

 

Teqlər