Okt 08, 2019 19:12 Asia/Baku
  • İnqilab Rəhbəri neft iqtisadiyyatından və onun mədəni təsirlərindən keçidə təkid ediblər
    İnqilab Rəhbəri neft iqtisadiyyatından və onun mədəni təsirlərindən keçidə təkid ediblər

İslam İnqilabının Böyük Rəhbəri bu gün səhər İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə modern texnologiyalar və elmi əsaslı şirkətlərin sərgisindən baxış keçirərkən neft iqtisadiyyatından və onun mədəni təsirlərindən keçidə təkid ediblər.

Bu baxış zamanı Həzrət Ayətullahuluzma Xamenei elmi əsaslı şirkətlərin otuz pavilyonunda olub, texnoloq və tədqiqatçılarla söhbətdə iranlı gənclər və mütəxəssislər tərəfindən ticariləşdirilmiş layihələr, həmçinin son elm və texnologiya nailiyyətlərilə tanış olublar.

İslam İnqilabının Böyük Rəhbəri neft iqtisadiyyatından və onun mədəni təsirlərindən keçidin vacibliyini vurğulayaraq, deyiblər: Bugünkü sərgidə gənclərin gileylərindən biri bu idi ki, bəzən onların məhsullarını dövlət orqanları xaricdən idxal edirlər ki, bu da neft iqtisadiyyatı mədəniyyətindən mənşə alır və bu yanlış baxış islah olunmalıdır.

Həzrət Ayətullahuluzma Xamenei İran prezidentinin elm və texnologiya üzrə müavininə xitabən əlavə ediblər: Fəal gənclərin qarşısında bu maneələrin yaranmasına icazə verməməlisiniz. Bacardığınız qədər bu sahədə səy göstərin. Mən də əlimdən gələn köməyi edəcəyəm.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin sərginin təşkilatçılarına, texnoloq və tədqiqatçılara təşəkkür ediblər.

 

 

Teqlər