İranın qəzaya uğramış tankeri Fars Körfəzinə doğru hərəkət edib
https://azeri.sahartv.ir/news/İran-i350278-İranın_qəzaya_uğramış_tankeri_fars_körfəzinə_doğru_hərəkət_edib
İranın Milli Tanker Şirkəti İranın qəzaya uğramış "SABITY" tankerinin ümumi durumunun sabitləşməsindən sonra Fars Körfəzi sularına doğru hərəkət etdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2019 14:45 Asia/Baku
  • İranın qəzaya uğramış tankeri Fars Körfəzinə doğru hərəkət edib
    İranın qəzaya uğramış tankeri Fars Körfəzinə doğru hərəkət edib

İranın Milli Tanker Şirkəti İranın qəzaya uğramış "SABITY" tankerinin ümumi durumunun sabitləşməsindən sonra Fars Körfəzi sularına doğru hərəkət etdiyini bildirib.

İranın Milli Tanker Şirkətinin İctimai Əlaqələr və Beynəlxalq İşlər İdarəsindən verilən məlumata görə, bu şirkətə məxsus olan "SABITY" tankeri bu gün səhər səudiyyə ərəbistanının Ciddə limanından 60 mil məsafədə təxminən yarım saat fasilə ilə ehtimal üzrə iki raket atışı nəticəsində korpus hissəsində iki partlayışa məruz qalıb.

Hadisə nəticəsində gəminin gövdəsində təxminən yarım metrdən bir yarım metrədək ölçüdə yarıqlar əmələ gələrək, gəminin sağ tərəfindəki 1 və 2-ci tanklara xəsarətlər vurubdur.

Bu hücumların mənşəyi hələ müəyyənləşdirilməyib. Hadisə ekspert və təhlükəsizlik cəhətdən araşdırılmaqdadır.