Okt 31, 2019 13:16 Asia/Baku
  • Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarı ABŞ-ın sanksiyalarının qanunsuz olduğunu təsdiq edir
    Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarı ABŞ-ın sanksiyalarının qanunsuz olduğunu təsdiq edir

İran Xarici İşlər Nazirliyinin hüquq şöbəsinin baş müdiri Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarını Amerikanın sanksiyalarının qanunsuz olmasını təsdiq edən bir sənəd adlandırıb. Bildirib ki, sanksiyaları müşayiət etmək beynəlxalq səviyyədə qanun pozuntusu sayılır.

Əbbas Baqerpour dünən axşam BMT Baş Assambleyasının Beynəlxalq Ədalət Məhkəməsinin hesabatının araşdırılmasına həsr olunmuş yığıncağında BMT-nin əsas sütunu kimi bu məhkəmənin ixtilafların dinc həllindəki rolundan danışıb.

Baqerpour ABŞ-ın İrana qarşı zalımcasına sanksiyalarına toxunub: BMT tarixində ilk dəfədir ki,  təhlükəsizlik şurasının bir üzvü müstəqil hakmiyyətə malik olan dövlətləri bu şuranın qətnaməsini pozmağa görə deyil, onların 2231 saylı qətnaməyə sadiq qalmalarına görə, hədələyərək, cəzalandırır.

Baqerpour həmçinin üzdəniraq bir məhkəmə prosesində Amerika tərəfindən İranın əmlak və maliyyələrinin qanunsuz olaraq saxlanılmasına toxunub. O, İranın bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin yanındakı hüquqi şikayətinə işarə edərək deyib: Amerikanın ilkin etirazlarının əksinə olaraq, məhkəmə özünün bu şikayətə baxmaq üzrə səlahiyyəti barədə yəqinlik əldə etdi və bu şikayət hal-hazırda mahiyyət cəhətdən baxılma mərhələsindədir.

 

Teqlər