Cahangiri ABŞ-ın təkvektorluluğu ilə mübarizəyə təkid edib
İran İslam Respublikasının birinci vitse-prezidenti vurğulayıb ki, regional təşkilatları gücləndirməklə ABŞ-ın təkvektorluluğu ilə mübarizə aparmaq olar.
Eshaq Cəhangiri bu gün Daşkənd hava limanında müxbirlərə sonra belə deyib: Beynəlxalq problemlərin həlli və beynəlxalq idarəçilik çoxvektorluluq yolu ilə mümkündür.
O, özünün Şanxay əməkdaşlıq təşkilatına üzv ölkələrin baş nazirlərinin 18-ci iclasında iştirak üçün Daşkəndə olan səfəri haqda söyləyib: Şanxay əməkdaşlıq təşkilatı iqtisadi, siyasi və təhlükəsizlik əməkdaşlıqları üçün olduqca böyük potensiala malikdir və bu təşkilata üzv ölkələr bu imkanlara söykənməklə öz həmkarlıqlarını genişləndirə bilərlər.
İran İslam Respublikasının birinci vitse-prezidenti qeyd edib ki, Tehran Şanxay əməkdaşlıq təşkilatına daimi üzv olmağa maraqlıdır.
İran hazırda Şanxay əməkdaşlıq təşkilatının müşahidəçi üzvüdür.