Cahangiri Özbəkistan və Qırğızıstanın baş nazirləri ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i351504-cahangiri_Özbəkistan_və_qırğızıstanın_baş_nazirləri_ilə_görüşüb
İran İslam Respublikasının birinci vitse-prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının baş nazrilər səviyyəli 18-ci iclasının kənarında Özbəkistan və Qırğızıstanın baş nazirləri ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2019 11:14 Asia/Baku
  • Cahangiri Özbəkistan və Qırğızıstanın baş nazirləri ilə görüşüb

İran İslam Respublikasının birinci vitse-prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının baş nazrilər səviyyəli 18-ci iclasının kənarında Özbəkistan və Qırğızıstanın baş nazirləri ilə görüşüb.

Eshaq Cahangirinin Özbəkistanın baş naziri Abdulla Aripov ilə görüşündə tərəflər iki ölkənin siyasi, iqtisadi və mədəni sahələrdəki münasibətlərinin dərinləşdirilməsini vurğulayıblar.

Cahangiri Qırğızıstanın baş naziri Muxammedkalyı Abulqaziyev ilə görüşdə isə münasibətlərin yaxşılaşdırılması və ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyada həmkarlıq maneələrinin aradan qaldırılmasının araşdırılmasını zəruri adlandırıb.