Rəsmilər diqqətli olsunlar ki, benzinin qiymətinin artmasının xalq üçün problemləri azalmış olsun
İslam İnqilabının Böyük Rəhbəri yanacaq istehlakının idarə olunması layihəsinə işarə edərək, buyurublar: Rəsmilər bacardıqları qədər diqqətli və ehtiyatlı olsunlar ki, bu layihənin xalq üçün problemləri imkan daxilində azalmış olsun.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün “xarici fiqh” dərsində deyiblər: Bu işdə səriştəm yoxdur və ekspertlərin nəzərləri də fərqlidir, amma demişdim ki, əgər üç hakimiyyət qüvvəsinin başçıları qərar çıxararlarsa, onu himayə edəcəyəm.
İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, üç hakimiyyət qüvvəsi ekspertlərin dəstəyilə bir qərar qəbul ediblərsə, təbiidir ki, icra olunmalıdır. O həzrət əlavə ediblər: Yəqin ki, xalqln bəzi hissəsi bu qərardan nigaran və narahat olacaq və ya onun zərərinədir; amma dağıtmaq və yandırmaq xalqın işi deyil, quldurların işidir.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, İranın düşmənləri və əks-inqilabçılar həmişə bu cür təxribatlar və əmin-amansızlıqları himayə ediblər ki, hazırda da həmin işlə məşğuldurlar. O həzrət söyləyiblər: Heç bir ağıllı və öz ölkəsinə maraqlı olan insan bu işlərə əl atmaz.
Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, bu kimi məsələlər hər bir ölkə və cəmiyyət üçün ən böyük müsibət ola biləcək əmin-amansızlığı şiddətləndirir. O, həzrət belə qeyd ediblər: Rəsmilər bacardıqları qədər diqqətli və ehtiyatlı olsunlar ki, bu layihənin xalq üçün problemləri imkan daxilində azalmış olsun.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Televizorda gördüm, rəsmilər dedilər ki, benzinin bu qiymət artımının digər malların qiymətlərinin artmasına gətirib çıxarmamasına nəzarət edəcəklər. Bu ehtiyat tamamilə lazımdır.
Bahalıq xalq üçün bir çox problem yaradır və bütün rəsmilər ehtiyatlı olmalıdırlar- deyən Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, məsul şəxslər təhlükəsizliyin qorunmasında da öz vəzifələrinə əməl etməlidirlər. Həmişə sayıqlıq və gözüaçıqlılıqla hərəkət etmiş xalq bu dəfə də dağıntı törədən şəxslərdən uzaq qalsın.
İranda benzinin qiymətinin artması və iki qiymətli olması ilə xalqın bəzi dinc etirazları bəzi xuliqanların sui-istifadəsi ilə öz yolundan yayındı.