Noy 18, 2019 12:14 Asia/Baku
  • Laricani: Amerikalılar İran xalqına zərbə vurmaq niyyətindədirlər
    Laricani: Amerikalılar İran xalqına zərbə vurmaq niyyətindədirlər

İran İslam Şurası Məclisinin sədri ABŞ dövlət katibinin İranda ictimai əmlakı dağıdıb, yandıranları və iğtişaşçıları himayə istiqamətindəki müdaxilə mahiyyətli sözlərinə toxunaraq, deyib: Amerikalılar İran xalqın zərbə vurmaq niyyətindədirlər.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün məclisin açıq iclasında əlavə edib: Amerikanın dövlət katibi həyasızlıqla və axmaqcasına fürsətdən sui-istifadə etməklə aşkar şəkildə xalqın əmlakını yandırmağı himayə edir və bunu, İran xalqını müdafiə adlandırır.

Laricani bildirib ki, amerikalıların məqsədi, ölkəni iğtişaşa çəkmək və İran xalqını məhv etməkdən savayı bir şey deyildir. O, vurğulayıb ki, İran xalqı sayıqlıqla düşmənlərin bu fitnəsini də zərərsizləşdirəcək.

İranda benizin qiymətinin artması və onun iki qiymətli olması ilə xalqın bəzi dinc etirazları bəzilərinin sui-istifadələrilə yolundan yayındı.

 

Teqlər