Pompeodan iğtişaşçıları himayədən başqa bir şey gözləmək olmaz
İran dövlətinin sözçüsü Amerikanın İranda ictimai əmlakın dağıdılması və yandırılmasına, həmçinin iğtişaşçılara dəstək verməsinə reaksiyada deyib: Amerikanın dövlət katibindən iğtişaşçıları himayədən başqa bir şey gözləmək olmaz.
Ölkəsi İranın daxili işlərinə qarışmaq sahəsində qalın bir işə malik olan Amerikanın dövlət katibi Mayk Pompeo İranın bir sıra şəhərlərində baş verən pərakəndə etirazlara işarə edərək, iddia etmişdi ki, Vaşinqton İran xalqına dəstək verir.
İran dövlətinin sözçüsü Əli Rəbii bu gün bir mətbuat konfransında əlavə edib: İran xalqına qarşı ən zalımcasına sanksiyalar tətbiq edən Amerika rəsmiləri həyasıcasına iğtişaşçıları da himayə edirlər.
Rəbii bildirib ki, ABŞ rəsmiləri seçkilərdə bu ölkə xalqına yalan deyərək, onu aldadıblar. O, deyib: Amerikanın dünyanın hər bir bölgəsinə müdaxiləsi həmin ölkənin geriyə qalmasına bais olubdur.