Noy 22, 2019 17:30 Asia/Baku
  • Amerika, Fransa və Almaniya İrandakı son pis hadisələrin təşkilatçıları idilər
    Amerika, Fransa və Almaniya İrandakı son pis hadisələrin təşkilatçıları idilər

Tehranın cümə namazı xitabətçisi bəzi xuliqanların İran xalqının tələblərindən sui-istifadə etmələrinə işarə edərək, deyib: Amerika bu şər işlərin əsas təşkilatçısı idi və təəssüflə, Fransa və Almaniya da onu müşayiət etdilər.

Ötən cümə günü səhər tezdən İranda benzinin qiymətinə düzəliş layihəsinin icrası ilə/ Tehranla yanaşı, İranın bəzi digər şəhərlərində xalqın dinc aksiyaları keçirildi. Amma təlim keçmiş bir qrup iğtişaşçı etirazçı əhali arasında ictimai və şəxsi əmlaklar, hətta ictimai nəqliyyata, təcili yardım xidməti və maşınlarına və banklara ziyan vurdu.

Ayətullah Seyyed Əhməd Xatəmi Tehranın cümə namazı xütbələrində İrandakı son iğtişaşlara işarə edərək, deyib: İran xalqının düşmənləri İranda iğtişaş yaratmaq üçün üç il ölkə daxili və xaricində öz qüvvələrinə təlim keçməklə proqramlaşdırma aparıblar, amma onların bütün fitnələri zərərsizləşdirilibdir.

Tehranın cümə namazı xitabətçisi bəzi ölkələrin son hadisələrdə İran xalqının əmlakını qarət edənlər və banditləri himayə etmələrinə işarə edərək, deyib: Səud rejimi maliyyə himayələrilə yanaşı, öz medialarını bu banditlərin ixtiyarına verdi.

Ayətullah Xatəmi münafiqlər terror qruplaşmasını son iğtişaşların digər bir muzdurlarından adlandırıb və belə deyib: 17 min iranlını terror edən qatil münafiqlər bu banditləri himayə etdilər.

Tehranın cümə namazı xitabətçisi bildirib ki, İranın böyük xalqı son günlərdə inqilab düşmənlərinin fitnələrinin pozulmasının bir cilvəsini gördü. O, əlavə edib: İran dövləti də öz vədinə əməl etməli və qiymətlərin artmasına imkan verməməlidir.

İslami İran xalqı ötən bir neçə gün ərzində ölkənin müxtəlif şəhərlərində yürüşlər keçirərək, iğtişaşçıların hərəkətlərini pisləyibdir.

 

 

Teqlər