Dek 01, 2019 08:53 Asia/Baku
  • İranın baş prokuroru: Xarici mediaların İrandakı son hadisələr barədəki məlumatları etibarsızdır
    İranın baş prokuroru: Xarici mediaların İrandakı son hadisələr barədəki məlumatları etibarsızdır

İranın baş prokuroru ölkədəki son iğtişaşlar zamanı saxlanılanların çoxunun azadlığa buraxıldığını bildirib və deyib: Saxlanılanlar və iğtişaşlarda ölənlərin sayı barədə yayılan statistikaların heç birinin etibarı yoxdur.

İRNA-nın verdiyi məlumata görə, İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri Tehranda bir mərasimdə etdiyi çıxışında saxlanılanların sayının hər gün dəyişdiyini bildirərək deyib: Təhlükəsizlik, polis və məhkəmə qüvvələri iğtişaşlar zamanı xırda cinayətləri olanları qısa zamanda azadlığa buraxmaq üçün əllərindən gələni etdilər. 

Müntəziri bəzi xarici mediaların İrandakı son hadisələrdə ölən və saxlanılanların sayı barədə verdikləri məlumatlara toxunaraq deyib: İrandan kənardakılar bu hadisələr barədə məlumat və statistikaları öyrənməyə heç bir imkanları yoxdur və məhz buna görədə onların verdiyi statistikalar etibarsızdır. 

15 noyabrda İranda benzinin qiymətinin artırılması layihəsinin icrası Tehran və ölkənin bəzi digər şəhərlərində xalqın dinc etirazlarına səbəb oldu.

Digər tərəfdən təlimat görmüş bir qrup iğtişaşçı aksiyaçıların arasına görərək şəxsi və ümumi əmlaka, hətta banklar, Təcili Tibbi Yardım mərkəzləri və maşınlarına və ümumi nəqliyyata ziyan vurdular. 

Eyni zamanda İranın Təhlükəsizlik Nazirliyinin casusluğa qarşı idarəsinn rəisi İrandakı son iğtişaşlarda  Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin tabeliyində olan ünsürlərin saxlanılmasından xəbər verdi. 

Teqlər