İraqçı: Dünya nüvə sazişinin icrasında məsuliyyət daşıyır
-
İraqçı: Dünya nüvə sazişinin icrasında məsuliyyət daşıyır
İran İslam Respublikası xarici işlər nazirinin müavini deyib: Nüvə sazişi beynəlxalq diplomatik nailiyyət olaraq dünya ölkələri ona riayət etmək, onu icra və mühafizə etməkdə məsuliyyət daşıyırlar.
Seyid Abbas İraqçı Çin xarici işlər nazirinin müavini ilə məsləhətləşmə icrasından sonra mətbuat konfransında etdiyi çıxışında nüvə sazişini multilateralizmin nailiyyəti hesab edib və deyib: Nüvə sazişi BMT TŞ-yə uyğun olan razılaşma olub və Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi onu təsdiqləyib.
İraqçı BMT TŞ-nin daimi üzvlərindən olan Amerikanın beynəlxalq nüvə sazişindən çıxmasını TŞ qətnaməsini pozduğunu bildirərək deyib: Amerika nəinki bu beynəlxalq razışamadan çıxdı hətta qalan digər ölkələri də bu razılaşmanı rətk etmələri üçün təzyiqlərə məruq qoydu, bu isə digər ölkələr üçün qəbul ediləsi deyildir.
İranın xarici işlər nazirinin müavini həmçinin İranın nüvə sazişi çərçivəsindəki öhdəliklərini azaltdığnı xatırladaraq deyib: İranın öz öhdəliklərini azaltması bu razılaşmanı tərk etmək anlamına gəlməz əslində onu xilas etmək naminə edilir və razılaşmanın 36-ci bəndinə əsasən tərəflər bu kimi məsələlərin həlli mexanizmlərini yoluna qoymaq qabiliyyətinə malikdirlər.
İranın xarici işlər nazirinin müavini dünən Çinli həmkarı Ma Cao Şi-nin dəvəti ilə iki tərəfli məsləhətləşmə iclasında iştirak etmək üçün Pekinə gedib.