Dek 03, 2019 18:21 Asia/Baku
  • Amerika cani və terrorçu bir ölkədir
    Amerika cani və terrorçu bir ölkədir

İran İslam Respublikasının prezidenti Amerikanın İran xalqına qarşı misli görünməmiş sanksiyalarına işarə edib. Bildirib ki, Amerika cani və terrorçu bir ölkədir.

Həsən Ruhani "Əlillərin Ümumdünya Günü" münasibətilə Tehranda bir qrup əlil ilə görüşdə əlavə edib: Amerika, onların öz etiraflarına görə, ən  sərt iqtisadi təzyiq olan misli görünməmiş sanksiyalar tətbiq etməklə İran xalqını dizə çökdürmək istəyirdi.

Ruhani söyləyib: İran xalqı bütün ağır iqtisadi təzyiqlərə və ədalətsiz sanksiyalara rəğmən, öz izzətini qoruyub saxlayıb. İran xalqı müqavimətlə və çətinliklərə dözməklə çətin şəraiti keçərək, qalib gəlibdir.

İran İslam Respublikasının prezidenti bildirib: İran xalqının müqavimətilə bu gün şərait elədir ki, onların özləri dialoq və müzakirə etmək istəyir və xüsusi ismarıclar göndərirlər.

Ruhani əlavə edib: Müzakirə üçün xüsusi şəkildə göndərdikləri mesaj və xahişlər ümumi şəkildə verdikləri şüarların əksinədir və vasitəçi olan avropalılar da bunu bilirlər.

 

Teqlər