Hökumət 1399-cu hicri şəmsi ilinin dövlət büdcəsini parlamentə təqdim edib
İran İslam Respublikası prezidenti 1399-cu hicri şəmsi ilinin büdcə layihəsini parlamentə təqdim edib.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün gələn ilin büdcə layihəsini parlamentə təqdim edərkən millət vəkilləri qarşısındakı çıxışında gələn ilin dövlət büdcəsinin möhkəm durmaq və sanksiyalarla qarşılaşmaq büdcəsi olduğunu bildirərək deyib: Düşmənlər islami İranın iqtisadiyyatını dağıtmaq layihəsində nakam qalıblar.
Ruhani deyib: Düşmənlər sanksiyaları dücləndirməklə İran xalqını məyus edəcək və hökuməti öz layihələrinin icrasında aciz qoyacağını təsəvvür edirdilər amma düşmənlər məğlub edildilər və məyus oldular.
İran İslam Respublikası prezidenti deyib: İran hökuməti xalqın və İslami Şura Məclisinin istəyinə uyğun olaraq geniş iqtisadiyyatda gözə çarpacaq addımlar atıb və ölkə inkişaf və rövnəq yulondadır.
Ruhani cari ilin neftsiz iqtisadiyyatında inkişaf göstəricisinin müsbət olacağına dair faktların mövcud olduğunu xatırladaraq deyib: Gələn ilin büdcəsi çox da neftə sövkənməyəcək.