İran xalqı iqtisadi problemlərin aradan qaldırılması üçün heç vaxt düşmənlərə tərəf getməyəcək
https://azeri.sahartv.ir/news/İran-i353943-İran_xalqı_iqtisadi_problemlərin_aradan_qaldırılması_üçün_heç_vaxt_düşmənlərə_tərəf_getməyəcək
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib: İranın bütün iqtisadi çətinlikləri düşmənlərin zalımcasına sanksiya və təhdidlərinə görədir və xalq bu problemlərdən xilas olmaq üçün heç vaxt sanksiya edənlərə tərəf getməyəcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2019 19:46 Asia/Baku
  • İran xalqı iqtisadi problemlərin aradan qaldırılması üçün heç vaxt düşmənlərə tərəf getməyəcək
    İran xalqı iqtisadi problemlərin aradan qaldırılması üçün heç vaxt düşmənlərə tərəf getməyəcək

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib: İranın bütün iqtisadi çətinlikləri düşmənlərin zalımcasına sanksiya və təhdidlərinə görədir və xalq bu problemlərdən xilas olmaq üçün heç vaxt sanksiya edənlərə tərəf getməyəcəkdir.

General-mayor pasdar Hoseyn Səlami bu gün Tehranda keçirilən bir mərasimdə əlavə edib: Düşmənlər İslami İran üçün fitnə və çaxnaşma daxil olmaqla müxtəlif problemlər yaratmağa çalışırlar. Lakin bilməlidirlər ki, böyük İran xalqı tam uzaqgörənliklə onların bütün nəhs planlarını alt-üst edəcək.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı deyib: Xalq tam şəkildə bilir ki, düşmənlər yalnız İslami İranda əmin-amansızlıq, ümumi yoxsulluq, bu ölkəni geridə saxlamaq və təslim etmək ardıncadırlar və bu yolda əllərindən gələni əsirgəmirlər.

Səlami belə qeyd edib: Düşmənlərin maksimum təzyiqləri İran xalqının iradəsi və imanının daha da möhkəmlənməsinə və müqavimətə səbəb olacaq və bu üzdən, amerikalılar və onların regional amilləri öz siyasətlərini yenidən nəzərdən keçirməlidirlər.