Dek 16, 2019 20:27 Asia/Baku
  • İran-Yaponiya ticarət əlaqələrinin genişləndirilməsi iclası keçirilib
    İran-Yaponiya ticarət əlaqələrinin genişləndirilməsi iclası keçirilib

Bu gün Tehranda İran-Yaponiya ticarət əlaqələrinin genişləndirilməsi iclası keçirilib.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyyed Əbbas Əraqçi İran prezidenti Həsən Ruhaninin yaxın gələcəkdə Tokioya olacaq səfərinə işarə edib. Deyib ki, İran və Yaponiya başçılarının qarşılıqlı səfərləri iki ölkə əlaqələrinin möhkəmliyini göstərir.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini həmçinin Tehran-Tokio iqtisadi əlaqələrinin qarşısında duran maneələrə toxunub. O, deyib: İki ölkə əlaqələrinin bünövrəsi elədir ki, onlar təzyiq və sanksiyalara rəğmən, ikitərəfli əməkdaşlıqları davam etdirirlər.

Yaponiyanın İrandakı səfiri Mitsuo Saito da bu iclasda bildirib ki, Tehran-Tokio iqtisadi münasibətləri yetərincə deyil. O, vurğulayıb ki, yapon şirkətlər İranın gələcəyinə ümid və İranda olmaqda davam edirlər.

Teqlər