Dek 20, 2019 14:21 Asia/Baku
  • İran prezidenti Yaponiyanın baş naziri ilə görüşüb
    İran prezidenti Yaponiyanın baş naziri ilə görüşüb

İkigünlük səfər məqsədilə yerli vaxtla cümə günü axşam Tokioya daxil olmuş İran İslam Respublikasının preizdenti Həsən Ruhani bir müddət öncə Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşüb.

Tərəflər bu görüşdə qarşılıqlı münasibətlərin gücləndirilib, genişləndirilməsi, nüvə anlaşması, Amerikanın İrana qarşı sanksiyaları, yapon hərbi qüvvələrin Yaxın Şərqə göndərilməsi və enerji ticarəti ətrafında məşvərət ediblər.

Yaponiya və İran ənənəvi olaraq, dostcasına əlaqələrə malikdirlər. Ruhani və Abe bundan öncə cari ilin yayında BMT Baş Məclisinin sessiyası kənarında görüşmüşdülər. Bu görüş iki ölkə liderlərinin 19-cu, həmçinin Abe və Ruhaninin onuncu görüşüdür.

Yaponiyanın baş naziri Şinzo Abe cari ilin may-iyun ayalarında ötən qırx ildə bu ölkənin ilk baş naziri kimi Tehrana səfər etdi.

 

 

Teqlər