Dek 23, 2019 21:35 Asia/Baku
  • Ruhani İran-Hindistan münasibətlərinin daha da inkişaf etdirilməsini vurğulayıb
    Ruhani İran-Hindistan münasibətlərinin daha da inkişaf etdirilməsini vurğulayıb

İran İslam Respublikası prezidenti İran ilə Hindistan arasında münasibətlərin daha da genişlədirilməsinə təkid edib.

İİR prezidenti Həsən Ruhani bu gün Tehranda Hindistanın xarici işlər naziri Sabramaniam Cayşankar ilə görüşündə iki ölkənin müştərək əməkdaşlıqlar komissiyasının iclasının keçirilməsinin iki ölkə arasında münasibətlərin genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirərək deyib: İran və Hindistanın sarsılmaz iradəsi nəticəsində gələcəkdə iki ölkə arasında əlaqələr və əməkdaşlıqların daha da inkişaf edəcəyinə şübhə yoxdur. 

Ruhani regionun təhlükəsizliyinin təmini və qorunub saxlanılmasının İran və Hindistan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirərək deyib: İran İslam Respublikası çaxnaşmaların azaldılması, regionda xüsusiylə Fars körfəzi və Oman dənizində davamlı təhlükəsizliyin təmini və mühafizə edilməsini düşünür. 

İİR prezidenti İran və Hindistanın digər ölkələrlə  çox cəhətli əməkdaşlıqlarını önəmli adlandırıb və deyib: Amerika gec-tez, prezident seçkilərindən öncə yaxud sonra İrana qarşı maksimum təzyiqdən əl çəkməli olacaq. 

Hindistanın xarici işlər naziri də iki ölkənin dövlət və özəl sektorları arasında əməkdaşlıqların daha da genişləndirilməsini vurğulayaraq deyib: İran və Hindistan qədim və səmimi əlaqələrə malikdirlər. 

Caişankar İran və Hindistan bankları arasında əlaqələrin genişlənməsinin iki ölkənin iqtisadi və ticarət əlaqələrinə öz töhfəsini verəcəyini vurğulayaraq deyib: İran və Hindistanın Çabahar limanındakı əməkdaşlıqları gözlənilən keyfiyyətdə davam edir və bu ərazidə layihələrin icrasının daha da sürətləndirilməsi istiqamətində səylər həyata keçirilməlidir. 

İran və Hindistan Meştərək İqtisadi Komissiyasının iclası dünən Tehranda iki ölkənin XİN başçılarının iştirakı ilə keçirilmişdir. 

Teqlər