Musəvi: İran çətin günün dostlarını unutmayacaq
https://azeri.sahartv.ir/news/İran-i354558-musəvi_İran_çətin_günün_dostlarını_unutmayacaq
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İİR ağır günlərin dostlarını heçvaxt unutmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2019 11:40 Asia/Baku
  • Musəvi: İran çətin günün dostlarını unutmayacaq
    Musəvi: İran çətin günün dostlarını unutmayacaq

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İİR ağır günlərin dostlarını heçvaxt unutmayacaq.

İranın XİN sözçüsü Seyid Abbas İraqçi  bu gün İRNA ilə müsahibəsində Tehran ilə Moskva arsında xüsusi tarixi əlaqələrin mövcud olduğunu bildirərək deyib: Müxtəlif dövrlər xüsusiylə son iki əsrdə enişli-yoxuşlu yolları keçmiş İran-Rusiya əlaqələri İslam inqilabının qələbəsindən sonra xüsusiylə son illərdə gözə çarpacaq inkişafın şahididir. 

Musəvi Tehran-Moskva əlaqələrinin düşmənlər və təxribatçılara melik olduğunu xatırladaraq deyib: İran və Rusiya iki qonşu ölkə və iki regional güc olaraq biri-birinin kənarında durublar. 

İİR XİN sözçüsü İran və Rusiyanın beynəlxalq təşkilatlarda qənaətməxş əməkdaşlıqlara malik olduqlarını xatırladıb və deyib: Suriya mövzusunda Tehran və Moskva böhrana son qoymaq və bu ölkəyə stabillik və təhlükəsizliyi qaytarmaqdadırlar və bu da bütün regiona öz müsbət təsirini edəcəkdir. 

Musəvi deyib: İkitərəfli məsələlərdə də Rusiya İranın kənarındadır və Amerika və qərb dövlətlərinin sanksiya və təzyiqlərinə rəğmən Moskva Tehranın kənarındadır.