Bəşəriyyət bu gün daha çox davamlı sülhə ehtiyaclıdır
İran İslam Respublikasının birinci vitse-prezidenti, parlament sədri və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ayrı-ayrı mesajlarda Həzrət İsa Məsih(ə)-ın mövlud gününü təbrik ediblər.
İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cəhangiri dünən müxtəlif müraciətlərdə xristian ölkələrindəki həmkarlarını Həzrət İsa Məsih(ə)-ın mövlud günü münasibətilə təbrik edib və o həzrəti sülh və azadəliyin müjdəçisi adlandırıb. Qeyd edib ki, bəşəriyyət bu gün hər zamandakından daha çox davamlı sülhə ehtiyaclıdır.
Cəhangiri ümidvarlıq edib ki, ilahi dinlərin təlimləri sayəsində 2020-ci ildə sülh və ədalət bütün dünyada yayılacaqdır.
İran İslam Respublikası İslami Şura Məclisinin sədri də Xristian ölkələrin parlament sədrlərinə müraciətində Həzrət İsa Məsihin(ə) mövludu və 2020-ci milad ilinin gəlib çatması münasibəti ilə onları təbrik edib.
İİR İŞM-nin sədri Əli Laricaninin müraciətində deyilir: Həzrət İsanın(ə) daima müjədəsini verdiyi məqsədlər sayəsində sülh, ədalət və tərəqqi ilahi dinlərin davamçıları arasında konstruktiv əməkdaşlıq və dialoq yolu ilə əldə olunacaq.
İran İslam Respublikasının xarici işlər naziri də dünən gecə bir tvitter mesajında sülh peyğəmbəri Həzrət İsa Məsih(ə)-ın mövlud gününün və yeni milad ilinin gəlib çatmasını təbrik edibdir.
Məhəmməd Cavad Zərif tvitter-də yazıb: Xristian həmvətənlərimi və bütün dünyada intizar çəkənləri milad bayramı münasibətilə təbrik edir və onlara xoş və dinc tətillər diləyirəm. İslamda işarə olunmuş Müqəddəs Məsihin miladı şadlıq etmək üçün böyük bir hadisədir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi də bir müraciətdə xristian ölkələrin yüksək rütbəli komandanlarını Həzrət İsa Məsih(ə)-ın mövlud gününün ildönümü münasibətilə təbrik edib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri bu mesajda sülh və dostluq peyğəmbəri olan Həzrət İsa Məsih(ə)-ın mövlud gününün ildönümü və yeni milad ilni, həmçinin xristian ölkələrin silahlı qüvvələrini və bütün xristianları təbrik edib. O, vurğulayıb: Şübhəsiz, bəşəriyyətin böyük ilahi peyğəmbərlərin səadət verən təlimlərinə qayıtması, beynəlxalq sülh və sabitliyin yerləşdirilicəyi və bəşəriyyətin həqiqət və ədalətə yönələcəyini müjdə verəcək.