Ruhani Həzrət İsa(ə)ın mövludunu təbrik edib
İran İslam Respublikasının prezidenti bir müraciətdə Həzrət İsa(ə)ın mövludu, həmçinin 2020-ci ilin gəlişi münasibətilə dünya katoliklərinin rəhbəri Papa Fransisi təbrik edib.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün bu müraciətdə Həzrət İsa(ə)-ı tövhid və insansevərlik peyğəmbəri, səbir və təmkinlilik simvolu, həmçinin izzət və azadəlik müjdəçisi adlandırıb.
Ruhani ümidvarlıq edibdir ki, Həzrət İsa(ə)-ın miladının ildönümü günündə təkallahlıq və həqiqətaxtarma yolunun davamçıları və o həzrətin və bütün səmavi dinlərin pak düşüncəli möminləri sülh və ədalətin bərqərarı yolunda addım atacaqlar.
Ruhani bütün ilahi dinlərin davamçıları üçün xoşbəxtlik, səadət, uğur və sağlamlıq arzu edib.
Bu gün 2019-cu il dekabrın 25-i, Həzrət İsa(ə)-ın mübarək mövludunun ildönümü günüdür.