Dek 30, 2019 18:56 Asia/Baku
  • Ruhani: İranın neft-kimya sənayesinin gəliri 17 milyard dollara çatıb
    Ruhani: İranın neft-kimya sənayesinin gəliri 17 milyard dollara çatıb

İran İslam Respublikasının prezidenti düşmənlərin İrana qarşı hərtərəfli iqtisadi müharibəsinin uğursuz qalmasına işarə edib. Deyib ki, İranın neft-kimya sənayesinin gəliri 17 milyard dollara çatıbdır.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda ölkənin neft-kimya sənayesinin fəalları ilə görüşdə bildirib ki, İranın neft-kimya istehsalı həcmi qarşıdakı iki ildə yüz milyon tona çatacaq. O, deyib ki, İranın neft-kimya sənayesinin gəliri ikinci addımın sonunda, yəni 2021-ci ilədək 25, üçüncü addımın sonunda isə 37 milyard dollara çatacaqdır.

Ruhani həmçinin İranın neft-kimya sənayesinin nailiyyətləri sərgisinə baş çəkməsinə toxunub. O, deyib: Bu sərgidə təqdim olunan statistikalar göstərir ki, bu sənayedə üçüncü sıçrayış üzrə hərəkət başlanıb və 2021-ci ildən İranın neft-kimya sənayesinin istehsal həcmi 100 milyon tondan 130 milyon tona çatacaq.

 

Teqlər