İnqilab Rəhbəri: Region xalqları Amerikaya son dərəcə nifrət edirlər
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Mən, İranın dövləti və xalqı, Amerikanın İraqın İraqda Həşduşşəbiyə hücumdakı cinayətini şiddətlə pisləyirik. O həzrət vurğulayıblar: Region xalqları Amerikaya son dərəcə nifrət edirlər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün bütün İrandan olan şəfqət işçilərindən minlərlə nəfərlə görüşdə bölgədə, xüsusən İraqda Amerikaya nifrət dalğasını, xalqın Amerikanın cinayətlərinə qarşı təbii reaksiyası adlandırıb və belə əlavə ediblər: Amerikanın Həşduşşəbiyə hücumu əslində İŞİD-in intiqamını almaq demək idi, zira İŞİD-i məğlub və məhv edən qüvvə, məhz İraqın xalq səfərbər qüvvələri idi.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin Amerika prezidentinin İranı çərşənbə axşamı günü İraqda baş verən hadisələrin əsas amili kimi müqəssir bilməsi və İran xalqını hədələməsinə işarə edərək, vurğulayıblar: Amerika qələt eləyibdir, zira bu məsələnin İrana dəxli yoxdur.
İslam İnqilabının Böyük Rəhbəri belə qeyd ediblər: Hamı bilsin ki, İran İslam Respublikası müharibə istəmir, amma İran xalqının inkişafı, əzəməti, izzəti, maraqlarını hədələyəcək hər kəslə heç bir güzəşt etmədən mübarizə aparacaq və ona möhkəm zərbə vuracaqdır.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin Amerikanın cinayətlərinə, xüsusən İraq və Əfqanıstanda xəbis “Blak Vater” orqanına, minlərlə iraqlı alimi, həmçinin adi əhalini öldürməsinə işarə edərək, belə qeyd ediblər: Amerika başçılarının bəzi region ölkələrindən icazə almadan bu ölkələrə səfərləri və öz bazalarına baş çəkmələri Amerikanın region ölkələri və xalqlarına qarşı təhqiramiz rəftarlarının digər bir nümunəsidir.
İslam İnqilabının Böyük Rəhbəri İran xalqını şücaətli, gözüaçıq və bütün sahələrdə işə hazır bir xalq adlandırıb və belə söyləyiblər: Qələbə İran xalqı ilədir və ölkənin gələcəyi bugünkündən daha yaxşı olacaqdır.