Yan 01, 2020 15:35 Asia/Baku
  • Ruhani: Sanksiyalara rəğmən İranın inkişafı prosesi qənaətbəxşdir

İran İslam Respublikası prezidenti Amerikanın İran xalqına qarşı sanksiyalarına toxunaraq deyib: Sanksiyalara rəğmən İranın inkişafı prosesi qənaətbəxşdir.

İranın şimal qərbində yerləşən Ərdəbil vilayətində səfərdə olan İran İslam Respublikası prezidenti Həsən Ruhani Amerikanın İran xalqının iradəsini sarsıtmaqda acizliyini xatırladaraq deyib: İranın müxtəlif regionları xüsusiylə də Ərdəbildə onlarla iqtisadi, sənaye və infrasturuktur layihələrinin icrası Amerikanın İrana qarşı sanksiya siiyasətində məğlubiyyətə uğradığını göstərir. 

Ruhani deyib: İran xalqı polad iradə ilə Amerikanın sanksiyaları və zorakılıqları qarşısında dayanıb və elm, əxlaqiyyat, inkişaf və abadlıq istiqamətində hərəkətini davam etdirir. 

İİR prezidenti düşmənlərin öz səhv yollarından geri dönməli olduqlarını bildirərək deyib: Razılaşmanı pozanlar başlanğıc nöqtəyə qayıtmalı və səhvlərini etiraf etməlidirlər. 

İİR prezidenti Həsən Ruhani bu gün önəmli iqtisadi, sənaye və infrasturuktur layihələri istifadəyə vermək məqsədi ilə Ərdəbil vilayətinə səfər edib. 

İran prezidenti Həsən Ruhani Ərdəbil hava limanına daxil olub. Prezidenti hava limanında Vəliyyi Fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbilin imamcüməsi, Ərdəbilin valisi və digər vilayət rəsmiləri tərəfindən qarşılanıb.

Bu birgünlük səfərdə dəyəri 20 trilyon 653 milyard rial olan 93 abadlıq layihəsi və 4395 nəfəri işlə təmin edəcək əlli iqtisadi layihə istifadəyə veriləcək.

Meşginşəhr yükmaşınıqayırma zavodu, Meşginşəhrdə Əhmədbəyli su bəndi, Parsabad Şəhidləri Xəstəxanası, Ərdəbil Troma Xəstəxanası, trikotaj fabrikləri, Xalxal Neopan Zavodunun ikinci bloku və “Artavil Tayer” zavodunun ikinci bloku, Xudafərin su bəndinin on min hektarı, Ərdəbil-Səçəm şose yolunun dördxətli edilməsi, Hir şüşə asma körpüsü, Ərdəbil-Meşginşəhr dör şırımlı soşe yolu və 50 kilometrlik Rəzi-Əmirkəndi şose yolu, Xalxalın Befracərd su bəndinin su anbarı və Ərdəbil hava limanının terminalı bu səfərdə açılacaq mühüm layihələrdəndir.

Arta poçtunun birinci bloku, Muğanda Fəthəli çölünün suvarma şəbəkəsi, Ala Qapı darvazasnın açılışı, Şeyx Kəlxoran məqbərəsinin bərpası, məktəblərin inşası və bərpas, rabitə və informasiya texnologiyalarının açılışı prezidentin səfərində açılacaq digər layihələrdəndir. Bu səfərdə prezidentin müavinlərindən bir neçəsi, həmçinin nazirlər kabinetinin bir neçə üzvü bu səfərdə doktor Ruhanini müşayiət edir.

 

 

 

 

Teqlər