Yan 02, 2020 07:45 Asia/Baku
  • Ruhani: Əksər qonşularla səmimi əlaqələrə malikik
    Ruhani: Əksər qonşularla səmimi əlaqələrə malikik

İran İslam Respublikasının prezidenti deyib: Bizim 12 qonşu ölkə ilə əlaqələrimiz olduqca səmimidir. Ümid edirik ki, bu iki-üç ölkə də digərlərinə qoşulacaq və regionda yaxşı bir yaşayışa malik olacağıq.

Həsən Ruhani dünən axşamçağı Ərdəbil vilayətinin İdarə Şurasının iclasında söyləyib: Azərbaycan Respublikası, İraq, Türkiyə və digər qonşu ölkələrlə son dərəcə yaxşı münasibətlərə malikik. Bu arada iki-üç ölkənin özü, yaranmış mühitə görə müqəssirdir. Ümid edirik ki, onlar da bu topluya qatılacaqlar.

O, Ərdəbil vilayətinin sərhəd mövqeyinə də işarə edib: Bu vilayətin şimal qonşusu, yəni Azərbaycan Respublikası ilə olduqca səmimi əlaqələrə malikik. İki ölkə arasında sıx əməkdaşlıqlar mövcuddur.

Prezident sonra deyib: İki ölkə arasında bir neçə birgə layihə icra olunub. Bir neçə layihə də masa üzərindədir. İki ölkə arasında birgə sənaye şəhərciyi yaradılacaq. Məkanı da Ərdəbil vilayəti olacaq. Eyni zamanda Azərbaycan Respublikasının iştirakı ilə Astara-Rəşt dəmiryolu layihəsi icra edilməkdədir.

Ruhani söyləyib: Bu gün bir kəsə əl uzatmadan ölkəni idarə etdik. Əlbəttə, xalq iqtisadi həyatda problem yaşayıbdır. Lakin xalqın əzabı və problemlərini azaltmağa çalışmış və bu sahədə əlimizdən gələni etmişik.

 

Teqlər