Yan 03, 2020 22:44 Asia/Baku
  • Amerika rejimi öz cinayətkarcasına avantürasının nəticələrinə görə məsuliyyət daşıyır
    Amerika rejimi öz cinayətkarcasına avantürasının nəticələrinə görə məsuliyyət daşıyır

İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurası Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymanini şəhid etmək üzrə cinayətinin ardınca vurğulayıb ki, Amerika rejimi bu cinayətkarcasına avantüranın bütün nəticələrində məsuliyyət daşıyacaq.

İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurası özünün bugünkü fövqəladə iclasından sonra bu hadisənin müxtəlif cəhətlərini araşdıraraq, lazımi qərarları qəbul edib və bir bəyanatda bildirib: Amerika bilsin ki, bu cinayətkarcasına hücum bu ölkənin Qərbi Asiya bölgəsindəki ən böyük strateji xətası olub və Vaşinqton bu hesablama səhvindən bu asanlığa xilas olmayacaqdır.

İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurası bildirib ki, cinayətkarlar münasib zaman və məkanda sərt intiqamla üzləşəcəklər. Bu şura əlavə edib: Şübhəsiz, cihad və müqavimət xətti ikiqat stimulla davam edəcək və müqavimət ağacı hər gün daha da güclənəcək və çiçəklənəcəkdir.

 

 

Teqlər