Yan 04, 2020 15:23 Asia/Baku
  • Ruhani:
    Ruhani: "General Süleymani İran xalqı və dünya azadlıqsevərlərinin tarixində əbədi olaraq qalacaqdır"

İran İslam respublikası prezidenti deyib: " General-leyrenant Qasim Süleymani İran xalqı və dünya zadlıqsevələrinin tarixində başıuca və əbədi qalacaqdır".

İran İslam Respublikasının prezidenti Həsən Ruhani şənbə günü yanvarın 4-ü səhər saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu-Sepahın Qüds qüvvələrinin komandanı şəhid general-leytenant Qasim Süleymaninin mənzilində olaraq, bu yüksək rütbəli şəhidin ailə üzvlərilə gürüşüb və  başıuca generalın şəhid edilməsi münasibətilə onları təbrik edib və başsağlığı verib.

ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusu-Sepahın Qüds qüvvələrinin komandanının şəhid edilməsindəki cinayətinə toxunan H.Ruhani amerikalıların bu cinayət əməlinin nəticələrini təkcə bu gün deyil gələcək illər ərzində də  görəcəklərini bildirib.

İran İslam Respublikası  prezidenti qeyd edib ki , bu gün şübhəsiz  İran və İraq xalqı ABŞ-a daha çox nifrət edir və general-leytenant Q.Süleymaninin İran və regionun təhlükəsizliyinin təmin edilməsindəki xidmətləri xüsusilə İraq, Suriya, Yəmən, Livan və Əfqanıstan xalqı üçün unudulmazdır.

"General Süleymainin qanının intiqamını almaq İran xalqının qəti haqqıdır",- deyən Ruhani vurğulayıb: " İran xalqının düşmənləri general Süleymaninin regionun təhlükəsizliyi və stabilliyinin inkişafı istiqamətindəki hərəkətləri və planlarından çox əsəbi idilər və bunun üçün onu xəbisliklə və məzlümcasına şəhid etdilər.

İran prezidenti general Süleymaninin təkcə bir hərbi komandan deyil eyni zamanda bir siyasətçi və müstəsna və istedadlı strateq olduğunu bəyan edərək, vurğulayıb ki, İran gəncləri general Süleymaninin yolunun ardıcılları və aşiqləri dirlər və bu ölkədə minlərlə general Süleymani yaranacaqdır.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepahın Qüds qüvvələrinin komandanı general-leytenant Qasim Süleymani cümə günü səhər saatlarında ABŞ-ın təcavüzkar və terrorçu qüvvələrinin İraqın Bağdad hava limanına aviazərbələri nəticəsində şəhid oldu.

Teqlər