İranın cavabı tədbirli və uzun olacaq
-
İranın cavabı tədbirli və uzun olacaq
İranın Ali Milli Müdafiə Universitetinin rektoru İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin namərdcəsinə terror edilməsinə toxunaraq, deyib ki, İran amerikalılara cavab üzrə öz planında olduqca tədbirli, mürəkkəb və ağrıdıcı hərəkət edəcək.
Birqada generalı pasdar Əhməd Vəhidi İranın ikinci telekanalı ilə müsahibədə vurğualyıb ki, general-leytenant Qasem Soleymaninin terroru dövlət terrorizmidir. O, deyib: Amerikalılar İŞİD kimi yüyənsiz bir terrorizm qarşısında dayanaraq, onu məhv edən bir hərbi komandanı şəhid etdilər.
General Vəhidi İraq və Suriya xalqlarının böyük bir hissəsinin İŞİD tərəfindən şəhid edildiyini bildirib.
O, deyib: Amerikalılar İŞİD-i bərpa etmək məqsədilə bəzi terrorçuları Suriyadan və digər yerlərdən İraqa gətiriblər. Buna görə, general Soleymani İraq hökumətinin dəvəti ilə bu məsələnin qarşısını almaq üçün həmin ölkəyə səfər etdi.
İranın Ali Milli Müdafiə Universitetinin rektoru vurğulayıb: Təkcə amerikalılar deyil, sionistlər də İranın cavabını alacaqlar.