General Soleymaninin terror edilməsi beynəlxalq qanunlara ziddir
-
General Soleymaninin terror edilməsi beynəlxalq qanunlara ziddir
İran İslam Şurası Məclisinin sədri İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin terror edilməsini beynəlxalq qanunlara zidd adlandırıb.
Əli Laricani bu gün Amerikanın general-leytenant pasdar Qasem Soleymanini və onun silahdaşlarını terror etməsini pisləyərək deyib: Bir ölkənin beynəlxalq hava limanının yaxınlığında amerikalı qüvvələrin vertolyot və təyyarə ilə yüksək rütbəli bir iranlı və bir iraqlı rəsmi şəxsi şəhid etmələri heç bir beynəlxalq qanunlara sığmır.
Laricani bildirib ki, amerikalılar heç bir sənəd olmadan gecə ilə və oğrucasına bu hərəkəti ediblər. O, əlavə edib: Amerikanın vəhşicəsinə hərəkəti bir terror və hərbi addım sayılır.
Laricani habelə ABŞ prezidenti Donald Trampa xitabən deyib ki, Amerika bu cinayətlə sonsuz bir bataqlığa düşüb və bu terror hərəkətinin ABŞ üçün nəticəsi ağrılı olacaqdır.