Yan 05, 2020 20:53 Asia/Baku
  • Bütün dünya Amerikanın terror hərəkəti qarşısında məsuliyyət daşıyır
    Bütün dünya Amerikanın terror hərəkəti qarşısında məsuliyyət daşıyır

İranın müdafiə naziri deyib: Bütün dünya Amerikanın general Qasem Soleymanini şəhid etmək üzrə terror hərəkəti qarşısında məsuliyyət daşıyır və hamı bu cinayət qarşısında öz vəzifəsinə əməl etməlidir.

Briqada generalı Əmir Hatəmi bu gün Tehranda İran ordusunun hava qüvvələrinin keçmiş komandanı general-mayor Mənsur Səttarinin şəhadətinin 25-ci ildönümü mərasimində əlavə edib: Yüksək dərəcəli bir komandanın qonşu bir ölkəyə rəsmi səfər zamanı ev sahibi ilə yanaşı terror edilməsinə göstərişin verilməsi beynəlxalq qanunlara ziddir və tarixdə belə bir cinayəti müşahidə etmək olmaz.

General Hatəmi deyib: Bu, Amerikanın zəifliyinin ən yüksək nöqtəsidir ki, terror barədə göstəriş verir, onun məsuliyyətini üzərinə götürür və hərbi cinayət əməlini öz adına qeydə aldırır.

İranın müdafiə naziri vurğulayıb: Əgər bu təkəbbürlü və cinayətkar hərəkətə möhkəm cavab verilməzsə, bu zalım düşmən belə cinayətləri təkrar edəcəkdir.

 

 

Teqlər