Yan 09, 2020 20:04 Asia/Baku
  • Ruhani: Əgər şəhid Soleymani olmasaydı, sizin indi Londonda təhlükəsizliyiniz olmazdı

İran prezidenti İngiltərənin baş naziri ilə telefon söhbətində deyib: Əgər general-leytenant şəhid Qasem Soleymaninin səyləri olmasaydı, sizin indi Londonda təhlükəsizliyiniz olmazdı.

Həsən Ruhani bu gün Boris Conson ilə telefon söhbətində İranın Amerikaya cavab olaraq, onun İraqdakı hərbi bazasına qarşı hücumunun BMT nizamnaməsinin 51 maddəsinə əsaslandığını və qanuni müdafiə olduğunu bildirib.

İran prezidenti söyləyib: Əgər Amerika digər bir xəta törədərsə, təhlükəli cavab alacaqdır.

O, son əmin-amansızlıqların kökünü ABŞ-ın nüvə anlaşmasından çıxmasında və regiondakı qanunsuz iştirakında görüb.

Ruhani Avropanın nüvə anlaşmasındakı öhgəliklərinin icrası vacibliyini də vurğulayıb və Tehranın MAQATE ilə həmkarlıqlarını davam etdirəcəyini bildirib.

İngiltərənin baş naziri də bu telefon söhbətində İrandakı son hadisələrlə bağlı başsağlığı verib və regionda əmin-amansızlığı şiddətlənməsinə görə, ingilis əsgərlərin təhlükəsizliklərindən nigarançılıq edib.

Conson Tehran-London əlaqələrinin yaxşılaşdırılması vacibliyini vurğulayıb və nüvə anlaşmasının qorunmasını istəyib.

 

Teqlər