Amerikanın regiondakı qəsbkarcasına iştirakına tez bir zamanda son qoyulmalıdır
İranın müdafiə naziri deyib: Gərginliyin aradan qaldırılması və bölgədə sabitlik və təhlükəsizliyin yaradılması məqsədilə Amerikanın regiondakı qəsbkarcasına və müdaxilə mahiyyətli iştirakına tez bir zamanda son qoyulmalıdır.
Briqada generalı Əmir Hatəmi bu gün Yaponiyanın müdafiə naziri Taro Kono ilə telefon əlaqəsində baş hərbi bir rəsminin digər bir ölkə tərəfindən üçüncü ölkənin ərazisində terror edilməsini böyük və misli görünməmiş bir cinayət adlandırıb və belə deyib: BMT Təhlükəsizlik Şurasının aşkar qətnaməsinə əsasən, Amerikanın hərəkəti dövlət terrorizminin real nümunəsidir.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Quds Qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani və İraq Xalq Səfərbərlik Hərəkatı- Əlhəşduşşəbi-nin rəis müavini, Əbu Məhdi Əlmuhəndis digər səkkiz nəfərlə yanaşı, ötən cümə günü, yanvarın üçündə ABŞ-ın təcavüzkar və terrorçu qüvvələrinin Bağdad hava limanına qarşı hava hücumunda şəhid oldular.
Briqada generalı Hatəmi Amerika hökumətinin bu terror hərəkətinin dünyadakı bütün müstəqil və azadlıqsevər ölkələri tərəfindən pislənildiyini vurğulayıb. O, regiondakı səbatsızlıq və gərginliyin əsas amilini amerikalıların iştirakı adlandırıb və belə deyib: Bölgədə gərginliyin aradan qaldırılması, həmçinin sabitlik və təhlükəsizliyin yaradılması üçün Amerikanın regiondakı qəsbkarcasına iştirakına tez bir zamanda son qoyulmalıdır.
Yaponiyanın müdafiə naziri Taro Kono da ölkəsinin regionda sülh və sabitliyin yaradılması və gərginliyin aradan qaldırılmasında rol oynamağa hazır olduğunu bildirib.
Yaponiyanın müdafiə naziri həmçinin ölkəsinin regionda Amerikanın başçılığı altında olan hərbi koalisiyalarda iştirak etməmək üzrə qərarına təkid edib.