Avropalıların nüvə anlaşması üzrə addımı onların Amerika tərəfindən təhqir edilmələrinin nişanəsidir
https://azeri.sahartv.ir/news/İran-i356294-avropalıların_nüvə_anlaşması_üzrə_addımı_onların_amerika_tərəfindən_təhqir_edilmələrinin_nişanəsidir
İran İslam Şurası Məclisinin üzvləri Almaniya, İngiltərə və Fransanın nüvə anlaşmasında mübahisələrin tənzimi mexanizmini fəallaşdırmaq üzrə hərəkətini bu ölkələrin Amerika tərəfindən təhqir edilmələrinin nişanəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2020 12:14 Asia/Baku
  • Avropalıların nüvə anlaşması üzrə addımı onların Amerika tərəfindən təhqir edilmələrinin nişanəsidir
    Avropalıların nüvə anlaşması üzrə addımı onların Amerika tərəfindən təhqir edilmələrinin nişanəsidir

İran İslam Şurası Məclisinin üzvləri Almaniya, İngiltərə və Fransanın nüvə anlaşmasında mübahisələrin tənzimi mexanizmini fəallaşdırmaq üzrə hərəkətini bu ölkələrin Amerika tərəfindən təhqir edilmələrinin nişanəsi adlandırıb.

İran İslam Şurası Məclisinin üzvləri bu gün bir bəyanat yayaraq, bildiriblər ki, tətik mexanizminin, başqa sözlə, mübahisələrin tənzimi mexanizminin Avropa ölkələri tərəfindən fəallaşdırılması müəyyən etdi ki, onların problemi, İran tərəfi deyil. Problem, onların təhqiramiz şəkildə Amerikaya tabe olmalarıdır.

İran İslam Şurası Məclisinin üzvləri vurğulayıblar, nüvə anlaşması sahəsində, həmçinin bu anlaşmada qalmaq və Atom Enerjisi üzə Beynəlxalq Agentliklə həmkarlıq barədə qərar çıxaracaqlar ki, qərblilərə və konkret olaraq, müzakirə tərəfi olan ölkələrə anladılsınlar ki, İran İslam Respublikası quruluşu, qətiyyətli və inqilabçı qərarlara gəlməkdə tərəddüd etməyəcəkdir.

İran İslam Şurası Məclisinin üzvləri həmçinin İngiltərə səfirinin Tehrandakı qanunsuz aksiyada iştirak etməsini diplomatik normalardan uzaq, qanuna zidd və ağılsız bir hərəkət adlandırıblar.