İranın Məhkəmə Hakimiyyətinin sədri ABŞ-ın cinayəti barədə hüquqi iş açılacağını deyib
-
İranın Məhkəmə Hakimiyyətinin sədri ABŞ-ın cinayəti barədə hüquqi iş açılacağını deyib
İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin sədri Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın Qüds Qüvvələrinin komandanı şəhid General Leytenant Qasim Süleymaninin və onun şəhid silahdaşlarının terror edilməsindəki cinayətinin hərtərəfli şəkildə hüquqi müstəvidə baxılacağını vurğulayıb.
Seyid İbrahim Rəisi İraqın Ali Məhkəmə Şurasının sədri Faiq Zeydan ilə telefon söhbətlərində Amerikanın müqavimət sərkərdəsinə qarşı terrora etiraf etməsinə toxunaraq deyib: Bu cinayət bütün beynəlxalq qanun və hüquq normalarına ziddir və İran və İraq xalqlarının ciddi tələbi bu terroru törədənlərə qarşı cinayət işinin açılması və onun amillərinin cəzalandırılmasıdır.
İranın Məhkəmə Hakimiyyətinin sədri General Süleymaninin İraqın baş nazirinin rəsmi dəvəti ilə İraq dövlətinin rəsmi qonağı ikən eləcə də İraqın bütün qanunalrına riayət edilərək diplomatik missiyanı yerinə yetirərkən Amerika tərəfindən hədəfə alınmasının terror cəhətlərinə toxunaraq deyib: Amerikanların bu hərəkəti heç şübhəsiz ki, təcavüzkar hərəkət olaraq, gücdən istifadə edilməməsi, yaşamaq haqqı və beynəlxalq qanunların dəstək verdiyi şəxslərin hüquqları kimi müxtəlif prinsipləri pozmuşdur.