8 milyon xarici turist İrana gəlib
https://azeri.sahartv.ir/news/İran-i357431-8_milyon_xarici_turist_İrana_gəlib
İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ötən on ayda ölkəyə 8 milyon xarici turistin gəlməsindən xəbər verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 09, 2020 06:16 Asia/Baku
  • 8 milyon xarici turist İrana gəlib
    8 milyon xarici turist İrana gəlib

İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ötən on ayda ölkəyə 8 milyon xarici turistin gəlməsindən xəbər verib.

Əli Əsğər Munesan  bildirib ki, İranın turizm sənayesindən hazırkı payı 11 milyard 700 milyon dollardır. O, sonra deyib: Bu miqdar aparılmış proqramlaşdırmalara əsasən, diqqətəlayiq miqdarda artıbdır.

Munesan Çində koronavirusun yayılması ilə bir zamanda İrana xarici turist gəlişinin azalmasına toxunaraq, deyib: İranın turizmdəki daxili imkanları o həddə olubdur ki, xarici turistlərin sayının azalması bu sənayeyə xas bir zərbə vurmur.

İran turizm cazibədarlıqları baxımından dünyanın ilk on ölkəsi arasındadır.