Fev 18, 2020 17:45 Asia/Baku
  • İsmaili: İranın Məhkəmə Hakimiyyəti əcnəbi ölkələrin müdaxiləsi ilə razılaşmayacaq
    İsmaili: İranın Məhkəmə Hakimiyyəti əcnəbi ölkələrin müdaxiləsi ilə razılaşmayacaq

İranın Məhkəmə Hakimiyyətinin sözçüsü fransalıların İranda həbsdə olan iki məhbus mövzusundakı müdaxiləsi barədə deyib: Bütün ölkələr məhkəmə qayda-qanunları əsasında əməl edir və İranın Məhkəmə Hakimiyyəti də heç bir əcnəbi ölkənin müdaxiləsi ilə razılaşmayacaq.

Fəriba Adilxah və Rulan Marşal son zamanlar İranda casusluq cinayəti üzrə həbs edildilər. Fransanın Xarici İşlər Nazirliyi son vaxtlar bu casusların azadlığa buraxılmasını istəyib. 

Qulamhüseyn İsmaili mətbuat konfransında deyib: Bu iki şəxs İranın təhlükəsizliyinə qarşı təşəbbüsdə ittiham edilir və onların məhkəməsi 3 martda keçiriləcək. 

İsmaili müttəhimlərdən birinin fransa və digərinin İran vətəndaşı olduqlarını bildirərək deyib: İran İslam Respublikası ikili vətəndaşlığı tanımır və məhz buna görə də İran vətəndaşı ikili vətəndaş hesab olunmur, o İran İslam Respublikasının vətəndaşıdır. 

İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Fransanın İranda təhlükəsizlik zəminində əsaslı ittihamlara malik olan Ruhullah Zəmə dəstək verməsi barədə isə deyib: Fransalılar İranın təhlükəsizliyinə qarşı təşəbbüs göstərmiş bu adama dəstək verirlər və ona təhlükəsizlik qvardiyası yaratmışdılar. 

Teqlər