Fev 21, 2020 12:03 Asia/Baku
  • Böyük təqlid mərcələri seçkilərdə iştirak ediblər
    Böyük təqlid mərcələri seçkilərdə iştirak ediblər

Şiələrin böyük təqlid mərcələri İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə 5-ci çağırış birinci ara seçkilərinin başlanmasının ilk dəqiqələrində öz bülletenlərini səs qutularına salıblar.

Şiələrin böyük təqlid mərcələrindən olan Ayətullah Naser Məkarem Şirazi Qom şəhərində İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri və Rəhbərlik Xobreqanı Məclisinə 5-ci çağırış birinci ara seçkilərində iştirakdan sonra deyib ki, xalqın seçkilərdə geniş şəkildə iştirakı düşməni məyus edəcək.

Şiələrin digər böyük təqlid mərcəyi Ayətullah Hoseyn Nuri Həmədani də Qom şəhərində səs verdikdən sonra deyib: İslami İran möhtəşəmliyin və qüdrətin zirvəsindədir və xalqın seçkilərdə iştirakı bu möhtəşəmşlik və qüdrətin artmasına səbəb olacaq.

Həzərate Ayat Cəfər Sobhani, Əbdollah Cəvadi-Amoli, Seyyed Mohəmməd Əli Ələvi-Qorqani və Lotfollah Safi-Qolpayeqani də öz bülletenlərini səs qutularına saldıqdan sonra seçkilərdə iştirakı quruluşun qorunması üçün vacib adlandırıblar.


 

 

 

Teqlər