Fev 25, 2020 20:11 Asia/Baku
  • İran ordusu Koronavirus ilə mübarizəyə hazırdır
    İran ordusu Koronavirus ilə mübarizəyə hazırdır

İran İslam Respublikası Ordusunun koordinator müavini deyib: Ordu koronavirus ilə mübarizəyə kömək etməyə tam hazırdır.

İRNA-nın verdiyi məlumata görə, Kontr Admiral Həbibullah Səyyari bu gün deyib: İran ordusu Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ilə koronavirus ilə mübarizədə əməkdaşlıqlarını davam etdirir. 

Eyni zamanda İranın müdafiə naziri General Mayor Əmir Hatəmi deyib: Koronavirus ilə mübarizə üçün gündəlik 20 min ton dezinfeksiya mayesinin istehsal xətti istifadəyə verilib. 

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İranda koronavirus nəticəsində həyatını itirənlərin sayı 15 nəfərdən ibarətdir. İndiyədək İranda 95 nəfərin koronavirusa yoluxması təsbit edilib. 

Teqlər