Tehran ətrafında 1290 hektarlıq meşəsalma layihəsi istifadəyə verilib
İran İslam Respublikasının prezidenti Tehranda yerləşən Səədabad tarixi-mədəni kompleksin ərazisində ağac əkməklə bir zamanda Tehran şəhəri ətrafında 1290 hektarlıq meşəsalma layihəsini istifadəyə verib.
Həsən Ruhani bu gün milli ağacəkmə günü və təbii ehtiyatlar həftəsi ərəfəsində bir ədəd fidan əkdikdən sonra ağacın əkilməsi, həmçinin təbii mənbələr və otlaqların qorunmasının önəmini vurğulayıb və bildirib ki, bu gün Tehran ətrafında meşəsalmanın istifadəyə verilməsi çox dəyərli bir hərəkətdir.
İran İslam Respublikasının prezidenti vurğulayıb ki, sağlamlıq məsələsi bu il digər illərdəkindən daha çox xalq arasında özünü büruzə verib. O, deyib: Xalq koronavirusa qalib gəlmək üçün İranın səhiyyə nazirliyi ilə həmkarlığı davam etdirir.
TEHRAN ƏTRAFINDA MEŞƏ SAHƏSİ İSTİFADƏYƏ VERİLİB