Mart 17, 2020 12:54 Asia/Baku
  • UNICEF İrana humanitar yardımlar göndərib

BMT-nin Uşaq Fondu- UNICEF koronavirusla mübarizə məqsədilə İrana öz yardımlarının üçüncü partiyasını göndərib.

UNICEF-in yardımları tibb ləvazimatlarından əlavə, evdə uşaqlar üçün təhlükəsiz mühitin yaradılması və koronavirus qarşısında uşaqların qorunması və saxlanması barədəki təlimatlara şamil olur.

Bundan öncə də Çin, BƏƏ,Özbəkistan, Türkiyə, Almaniya, Fransa, İngiltərə, Yaponiya, Qətər, Azərbaycan Respublikası və Rusiya, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyası ilə mübarizə üçün İrana humnaitar yardımlar göstəriblər.

İranın səhiyyə nazirliyinin bildirdiyinə görə, indiyədək İranda 14991 nəfər koronavirusa yoluxub. Onlardan təqribən 4996 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır. 853 nəfər isə bu virusa yoluxma nəticəsində həyatını itirib.

Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilib.

Bu virus hazırda Çindən əlavə, 150-dən çox ölkəyə də sirayət edibdir.

Son statistikalara görə, indiyədək dünyada təqribən 179 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan təqribən 78 min nəfər sağalıb, 7 min nəfərdən çox insan isə vəfat edibdir.

UNICEF İRANA HUMANİTAR YARDIMLAR GÖNDƏRİB

Teqlər