Mart 18, 2020 15:21 Asia/Baku
  • İranda iri layihələrin açılışı təcavüzkar supergücə bir şapalaq idi

İran prezidenti bildirib ki, İranın xalqı və dövləti ən çətin sanksiya şəraitində ən iri layihələri açıb. O, deyib ki, bu layihələr İraqdakı amerikan bazaya dəyən raketlər kimi təcavüzkar supergücə bir şapalaq idi.

Həsən Ruhani bu gün nazirlər kabineti iclasının kənarında müxbirlər qarşısında İran İslam Respublikasının ötən bir ildə neft, neft-kimya, yolsalma, su və elektrik sənayesi, həmçinin kənd təsərrüfatı sahələrindəki irəliləyişlərinə işarə edib. O, deyib: İlk dəfə olaraq, İranda qaz hasilatı gündə bir milyard kubmetrə çatıbdır ki, bu rəqəm qaz hasilatı sahəsində İran İslam Respublikasını öncül ölkələrdən biri edibdir.

İran İslam Respublikası prezidenti sonra bildirib ki, dövlət ölkədə koronavirus xəstəliyini idarə etmək üçün əlindən gələni edir. O, söyləyib: Bəzi Avropa ölkələrində insanlar bir salfet kağızı üstündə dava edirlər, amma sərt sanksiya şəraitinə rəğmən, İran xalqı üçün əsas əmtəə malları və qida maddələri təmin olunubdur.

Ruhani İranın tibb və səhiyyə işçilərinin ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsindəki səylərini yüksək dəyərləndirib. Vurğulayıb ki, ölkə boyu bütün dövlət və özəl icra orqanları silahlı qüvvələrlə yanaşı, xalqa xidmət etməkdə və bu virusun daha çox yayılmasının qarşısını almaqdadırlar.

İran prezidenti həmçinin koronavirusla mübarizənin ön xəttində çalışanların "Vətən Qəhrəmanları" adlı xatirə markasının təqdimatını həyata keçirib.

İRİ LAYİHƏLƏRİN AÇILIŞI SUPERGÜCƏ BİR ŞAPALAQ İDİ

Teqlər