Koronavirusla mübarizə göstəriciləri ümidvericidir
COVID-19-un idarə olunması üzrə milli qərargahın tövsiyələrinə diqqət etdiyinə görə xalqa təşəkkür edən İran prezidenti deyib ki, ölkə boyu koronavirusla mübarizə göstəriciləri ümidvericidir.
Həsən Ruhani bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, həmçinin ölkənin icra və məhkəmə hakimiyyətlərinin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə keçirilən koronavirusla mübarizə üzrə milli qərargahın iclasında söyləyib: İran xalqı zalımcasına sanksiyalardan qaynaqlanan çətinlik və problemlərə rəğmən, həmrəylik, qardaşlıq və səmimilklə icra orqanları ilə həmkarlıq edir.
İranda səfərlərin 70 faiz azalmasına toxunan Ruhani belə qeyd edib: Bəlkə də az sayda ölkə olmuş olsun ki, sırf olaraq, səhiyyə rəsmilərinin tövsiyələri ilə xalq bu qədər həmkarlıq və kömək etmiş olsun.
Koronavirusa yoluxan xarici vətəndaşların vəziyyətinə baxılmasının sürətləndirilməsi zərurətinə işarə edən İran prezidenti söyləyib: Hindistan, Pakistan və Əfqanıstan daxil olmaqla digər ölkələrdən zəvvar kimi İrana səfər edən müsafirlərin yoluxacaqları halda, onlara baxılmalıdır və onlar müalicə edildikdən sonra öz ölkələrinə geri dönməlidirlər.
İranın səhiyyə nazirliyinin bildirdiyinə görə, indiyədək İranda 19644 nəfər koronavirusa yoluxubdur ki, onlardan 6745 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilib.
Bu virus hazırda Çindən əlavə, 185-dən çox ölkəyə də sirayət edibdir.
COVID-19-LA MÜBARİZƏ RƏQƏMLƏRİ ÜMİDVERİCİDİR